Disney

Disney Channel Türkiye fan sitesi

Arama
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Selena Gomez & The Scene - Love You Like A Love Song
Çarş. Ocak 16, 2013 12:20 pm tarafından Hadise

» Harry Styles hakkinda bir sey
Salı Ocak 01, 2013 7:37 am tarafından Jasmin

» Hi, our dear guests! Sevgili misafirlerimiz!
Perş. Ara. 20, 2012 3:19 pm tarafından Hadise

» En sevdiğin grup hangisi?
Perş. Ara. 20, 2012 3:18 pm tarafından Hadise

» Türkler dışında en sevdiğiniz millet hangisi?
Perş. Ara. 20, 2012 3:16 pm tarafından Hadise

» Eğlenmek İçin Neyaparsınız?
Perş. Ara. 20, 2012 3:14 pm tarafından Hadise

» İkinci dil olarak hangi dili öğrenmek kullanışlı, sizce? (ingilizce hariç)
Perş. Ara. 20, 2012 3:13 pm tarafından Hadise

» Gta kodlari buyurun
Perş. Ara. 20, 2012 3:11 pm tarafından Hadise

» Boooooooom...
Perş. Ara. 20, 2012 3:10 pm tarafından Hadise

Aralık 2016
PtsiSalıÇarş.Perş.CumaC.tesiPaz
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Takvim Takvim

En iyi yollayıcılar
Jasmin
 
Efsun Horan
 
Hadise
 
maykl
 

Anket

İkinci dil olarak hangi dili öğrenmek kullanışlı, sizce? (ingilizce hariç)

 
 
 
 
 
 
 
 
 
 

Sonuçları Gör


Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

Məntiqiniz nə qədər güclüdür?

Önceki başlık Sonraki başlık Aşağa gitmek  Mesaj [1 sayfadaki 1 sayfası]

1 Məntiqiniz nə qədər güclüdür? Bir Ptsi Kas. 26, 2012 5:11 pm

Jasmin


Admin
Admin
1.-Arxayın olun, bu tutuquşu eşitdiyi hər sözü təkrar edəcək!
-deyə satıcı tutuquşunu alan müştəriyə bildirdi.
- Sevincək halda quşu evinə gətirən alıcı, nə qədər çalışsa da quş ağzını açıb bir kəlmə də söz demədi, amma satıcı da yalan danışmamışdı.
Bu necə ola bilər?

2. Yolda ard-arda üç tısbağa hərəkət edir. Birinci tısbağa;
-Mənim arxamca iki tısbağa gəlir…dedi. İkinci tısbağa;
-Mənim arxamca bir tısbağa gəlir və bir tısbağada məndən qabaqda gedir…deyə o da sözünü dedi. Üçüncü tısbağa;
-Məndən qabaqda iki tısbağa gedir və biri də mənim arxamca gəlir…deyə bildirdi.
Bu necə ola bilər?


3. Günlərin bir günü bir tacir yolüstündə olan bir şəhərə gəlib çıxır, nahar etdikdən sonra bərbərə gedib, saçını qırxdırmaq istəyir. Məlum olur ki, şəhərdə cəmi iki bərbər var. Tacir birinci bərbərin yanına gedir və görür ki, bərbərin saçı dağınıqdır, səliqəsizdir və çox zövqsüz qırxılıb . Sonra ikinci bərbərin yanına gəlir və görür ki, bərbərin saçı çox səliqəli və xoşagəlimlidir. Tacir geri qayıdaraq birinci bərbərin yanına gedir və saçını ona qırxdırır.
Sizcə o niyə belə etdi?


4. Binanın 17 mərtəbəsində qalan bir kişi, həmin mərtəbəyə çıxmaq üçün liftdən istifadə edir. Amma 17-ci mərtəbəyə o, yalnız yağışlı havalarda və yanında başqa bir adam olanda qalxır, tək olanda və yağışsız havalarda isə, o 9-cü mərtəbəyə kimi liftnən qalxır, sonra isə liftdən düşərək 17-ci mərtəbəyə piyada qalxır.
Sizcə o niyə belə edir?


5. Bir kişiyə sual verdilər;
Neçə yaşın var?
O, belə cavab verdi:
Ailəmizin ən gənc nümayəndəsindən 600 dəfə böyüyəm…
Sizcə bu necə ola bilər?


6. Bir nəfər öz dostuna əlində tutuduğu şəkli göstərərək;
-Mənim bacım və qardaşım yoxdur, amma bu şəkildəki oğlanın atası mənim atamın oğludur.
Şəkildəki oğlan kimdir?


7. Üç nəfər dost restorana girərək nahar edirlər. Yeyib qurtardıqdan sonra ofisiantı çağırıb hesabı istəyirlər.
-- Ofisiant 30 manat deyə-onlara bildirir. Dsotların hər biri cibindən 10 manat çıxararaq 30 manat düzəldib hesabı verirlər və çıxıb gedirlər.
Dostlar getdikdən sonra, ofisiant pulu aparıb restoranın sahibinə təqdim etdikdə, restoran sahibi;
--Sən onlardan artıq pul almısan, onların hesabı 25 manat edir-deyə ofisianta acıqlanır və 5 manatı ofisianta verərək;
--Apar tez bunu geri qaytar! deyərək ofisiantı yollayır.
Ofisiant yolda dostlara çataraq, hesabın 5 manat artıq alındığını bildirir və cibindən 5 manatı çıxararaq onlara uzadır.
Dostlar 5 manatı 3 nəfər arasında bölmək istəmirlər, hərəyə 1 manat götürüb-2 manatı da ofisianta verirlər və yollarına davam edirlər.
Ofisiant yolda fikirləşir;
--Bunların hərəsi 10 manat vermişdi, indi hərəsinə 1 manat qaytardım. Deməli hər biri 9 manat vermiş oldu, 3-də 9-a vuranda (3x9) edir 27, 2 mant da mənə verdilər, etdi 29. Bəs 1 manat necə oldu?
Bəs sizcə 1 manat necə oldu?

8. Kimya müəllimi sinifdə təcrübə aparır, təcrübə 80 dəqiqəyə qurtarır. Eyni təcrübəni şagird apardıqda isə təcrübə 1 saat 20 dəqiqəyə qurtarır.
Sizcə bu niyə belədir?

9. 1 fincan çay 1 ədəd qəndlə birlikdə 1 manat 10 qəpikdir. Əgər 1 fincan çayın qiyməti, 1 ədəd qəndin qiymətindən 1 manat bahadırsa, onda çayın və qəndin ayrı-ayrılıqda qitməti neçəyədir?


10. Ən böyük sönmüş vulkan hələ insan tərəfindən fəth olunmayıb. Sizcə niyə?


11. Atamın 31 yaşı olanda mənim 8 yaşım vardı. İndi atam məndən yaşca 2 dəfə böyükdür. Mənim neçə yaşım var?


12. Bir nəfəri öz kabinetində ölü vəziyyətdə tapırlar. Ölünün əlində pistolet, stolunun üstündə isə diktofon var. Polis diktafonun düyməsini basan kimi : "Mən artıq həyatımdan bezmişəm, yaşamaq istəmirəm...və güllə səsi!"
Polis həmin adamın qətlə yetirildiyi barədə raport hazırlayır.
Sizcə polis hardan bildi ki, adam özünə qəsd etməyib, başqa birisi tərəfindən öldürülüb?


13. 5 litrlik və 9 litrlik vedrə ilə çaydan 3 litr suyu necə götürmək olar?


14. Əli ilə Vəli qara və çirkli zirzəmidə oynayırlar. Zirzəmidən çıxdıqda Əlinin üzü qaralmış və çirklənmiş olur, Vəlinin üzü isə təmiz. Amma yuyunmağa Vəli gedir.
Sizcə niyə?


15. Srağagün Elxanın 17 yaşı var idi, gələn il isə onun 20 yaşı olacaq.
Bu necə ola bilər?

16. Siz hündürlüyü 100 metr olan bir qayanın üstündəsiniz, sizin əlinizdə isə uzunluğu cəmi 75 metr olan bir kəndir və bu kəndiri kəsmək üçün isə bıçaq var. Qayanın kənarında bir ağac, qayadan 50 metr aşağıda isə başqa bir ağac bitib.
Siz bu kəndir və ağacların köməyi ilə aşağıya (yerə) necə düşərsiniz?

17. Təsəvvür edək ki, insan 7 sutka yatmasa və 7 sutka qidalanmasa ölə bilər. İndi isə, təsəvvür edək ki bir insan 7 sutkadır yatmır və heç bir şey də yeməyib. 7-ci sutkanın sonunda o , ölməmək üçün birinci nə etməlidir; yatmalı yoxsa qidalanmalı?


18. 9 ədəd metal pul var, onlardan biri saxtadır və digərlərindən çəkicə fərqlənir. Tərəzidən cəmi iki dəfə istifadə etməklə, o saxta metal pulu necə tapmaq olar?

19. 7 mərtəbəli otelin birinci mərtəbəsində 4 nəfər qalır. Aşağıdan yuxarıya doğru hər bir mərtəbədəki insanların sayı, aşağı mərtəbədəkindən 2 nəfər çoxdur. (Belə ki, ikinci mərtəbədə 6, üçüncü mərtəbədə 8 və.s)
Sizcə otelin hansı mərtəbəsində liftdən daha çox istifadə olunacaq?


20. "Birisi günün" "dünən" olacağı gün bazar günündən, " srağagünün" "sabah" olacağı gün qədər uzaq olacaq.
Hal-hazırda həftənin hansı günüdür?

Kullanıcı profilini gör http://disney.nspro.biz

2 Geri: Məntiqiniz nə qədər güclüdür? Bir Çarş. Ara. 19, 2012 11:33 am

Hadise


Çaylak
Çaylak
ben çok mantıklı biriyim öğretmenlerim de hep böyle söyler afro

Kullanıcı profilini gör

3 Geri: Məntiqiniz nə qədər güclüdür? Bir Perş. Ara. 20, 2012 9:41 am

Jasmin


Admin
Admin
hı hı tabi tabi

Kullanıcı profilini gör http://disney.nspro.biz

4 Geri: Məntiqiniz nə qədər güclüdür? Bir Perş. Ara. 20, 2012 9:41 am

Jasmin


Admin
Admin
hı hı tabi tabi

Kullanıcı profilini gör http://disney.nspro.biz

5 Geri: Məntiqiniz nə qədər güclüdür? Bir Perş. Ara. 20, 2012 10:09 am

Hadise


Çaylak
Çaylak
beni kıskanıyorsun Vur

Kullanıcı profilini gör

Sponsored content


Önceki başlık Sonraki başlık Sayfa başına dön  Mesaj [1 sayfadaki 1 sayfası]

Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz